Bölgə təmsilçisi bu qələbədən sonra vəziyyətin düzələcəyini düşünür. Klubun maliyyə durumu da günü-gündən yaxşılaşır. “Mingəçevir” müxtəlif şirkətlərlə reklam əməkdaşlığı edir. Klubun ev oyunlarını keçirdiyi Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionunda 7 şirkətin reklamı var. Onsuz da klubun “Azərlotereya” ilə əməkdaşlıq etdiyini diqqətinizə çatdırmışdıq. Bundan başqa, “MRT İnşaat”, “Hotel River Side”, “Həsənoğlu”, “Region Hospital”, “Çinar Restoran”, “Medical clinic Grand River” də “Mingəçevir”in dəstəkçiləri sırasında yer alıb. Görəsən, 1-ci liqa klubunun bu əməkdaşlıqlardan qazancı nə qədərdi? Bu sualı “Mingəçevir”in mətbuat katibi Elnur Qasımova ünvanladıq:
“Bütün şirkətlərlə birillik müqavilə imzalamışıq. Məbləğləri açıqlaya bilmərik. Məxfiliyi qorumağa çalışırıq. “Azerlotereya”nın reklamı formamızın üzərində həkk olunub. Digər şirkətlərin bannerləri isə stadionumuzda yerini alıb. Əlavə danışıq apardığımız şirkətlər də var. Ümid edirik ki, bütün mingəçevirlilər və şəhərimizdə olan şirkətlər bu tendensiyaya qoşularlar”.
İLKİN SULTANLI





