1-ci liqa klubu məşhur şirkətlə əməkdaşlıq edəcək - ÖZƏL

6.09.2023 11:13 1 797
Aktual / Ölkə futbolu
Senytabrın 13-də 1-ci liqada yeni mövsüm start götürəcək.

“Football-plus.az” xəbər verir ki, çempionat Yevlaxda keçiriləcək “Karvan” - “Mingəçevir” oyunu ilə başlayacaq.

“Şəhərlilər”lə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. “Mingəçevir” “Azərlotereya” ilə əməkdaşlıq edəcək. Tərəflər arasında birillik sponsorluq müqaviləsi imzalanıb. Şirkətin reklamları klubun formasının üzərində, stadionun lövhələrində və “Mingəçevir”in sosial şəbəkə hesablarında nümayiş olunacaq.

Məsələ ilə bağlı “şəhərlilər”in mətbuat katibi Elnur Qasımovla əlaqə saxladıq. Klub rəsmisi “Football-plus.az” açıqlamasında bunları söylədi:

“Bəli. İnformasiyanız doğrudu. “Azerlotereya” ilə əməkdaşlığa başlayırıq. Şirkətlə bir il əməkdaşlıq edəcəyik. Lakin məxfiliyi qorumaq üçün müqavilənin başqa detalları ilə bağlı məlumat verə bilməyəcəm”.

İLKİN SULTANLI