Samuel Eto’Odan FİFA-ya şikayət edilib. Sabiq futbolçu korrupsiyada ittiham olunur.
"Football-plus.az" xəbər verir ki, FİFA-nın rəhbəri Canni İnfantinoya Kamerun Futbol Federasiyasının (KFF) prezidenti olan Eto’O ilə bağlı məktub göndərilib. “Marca” qəzetinin məlumatına görə, Kamerun çempionatında çıxış edən klubların nümayəndələri sabiq hücumçunu korrupsiya ilə yanaşı danışılmış oyunlar təşkil etməkdə də günahlandırırlar. Onlar 42 yaşlı funksionerin vəzifədən uzaqlaşdırılmasını tələb edirlər.
Qeyd edək ki, Eto’O Avropada “Barselona”, “İnter” və “Çelsi” kimi aparıcı klublarda uğurlu çıxışı ilə yadda qalıb. Kamerun yığmasında 118 oyuna 56 qol vuran sabiq hücumçu 2021-ci ilin dekabrında KFF-nin prezidenti seçilib.