Eto’O Matipə niyə “yox” deyib?

12.06.2022 20:20 476
Dünya futbolu
Joel Matipin uzun müddətdən sonra milli komandada çıxış etmək istəyi baş tutmayıb.

“Liverpul”un madafiəçisi Kamerun Futbol Federasiyasının (KFF) prezidenti Samuel Eto’Odan “yox” cavabı alıb. Matip sonuncu dəfə milli formanı 6 il əvvəl geyib. O, 2016-cı ildə yığmanın rəhbərliyini kəskin tənqid etmiş və Afrika Millətlər Kubokunda iştirakdan imtina etmişdi. KFF-nin rəhbəri Eto’O Kamerun yığmasında 26 oyuna 1 qol vuran Joel haqda belə deyib: “Bu, milli komandadı. Biz özünü “xüsusi” sayan adamlara imkan verməyəcəyik”.