Oyun qurucusu Demien Lillard “Portlend”dən “Finiks”in də iştirak etdiyi üçtərəfli dəyiş-düyüş nəticəsində “Miluoki”yə keçidi haqda danışıb:
“Söhbət təsadüfi adamlardan getmir. “Bleyzers”in və Portlendin səmimi qəlbdən sevdiyim azarkeşlərinə gəlincə, onlara gerçəyi deyirəm. Yenilənmələri izləyin. Həyatımda növbəti fəslin başlamasını səbirsizliklə gözləyirəm! “Miluoki”.
Xatırladaq ki, “Portlend” Lillardı 2012-ci ilin draftında 6 nömrə altında seçmişdi. Bütün karyerasını bu klubda keçirən ulduz basketbolçu iyulun əvvəlində dəyişdirilməsini istəmişdi. O, “Portllend”də 11 mövsüm keçirib, 2019-cu ildə komanda Qərb konfransının finalına yüksəlib, ancaq son iki ildə pley-offa vəsiqə qazana bilməyib.
Lillard “Portlend” tarixində həm xal, həm də üçxallıq atış sayına görə 1-ci, ötürmə sayına görə isə 2-ci yerdədi. 33 yaşlı basketbolçu ötən mövsüm 58 oyuna çıxıb, hər oyunda orta hesabla 32,2 xal toplayıb ki, bu da karyerasının ən yaxşı göstəricisidi.