Lillard üçxallıq atış sayında yeni rekord müəyyənləşdirdi

15.12.2022 18:11 267
İdman
“Portlend”in oyun qurucusu Demian Lillard komandasının “Minnesota” üzərindəki qələbəsinə 38 xalla töhfə verdi.

Football-plus.az xəbər verir ki, o, həmçinin dəqiq 3 xallıq atışların sayına görə mövsümün yeni rekordunu müəyyənləşdirdi. Onun 17 belə cəhdindən 11-i uğurlu oldu. Mövsümün əvvəlki rekordu “Klivlend”in oyun qurucusu Darius Harlend ilə “Qolden Steyt”in müdafiəçisi Kley Tompsona məxsus idi. Onların hər biri 10 üçxallıq atış etməyi bacarmışdı.

Lillard son uğuruna belə münasibət bildirib:

“Sözün həqiqi mənasında üçxallıq atışlarımın sayını bilmirdim. Çoxlu xal topladığımı, yetərincə üçxallığımın olduğunu anlayırdım. Yalnız oyun bitəndən sonra belə atışların sayı ilə maraqlandım”.


Parket üzərində yaşanan başqa maraqlı olaylara gəlincə, dünən səfərdə “Hyuston”a uduzan “Finiks” ardıcıl 5-ci məğlubiyyətlə barışdı. “Yuta” isə “Nyu-Orlean”ın 7 oyunluq qələbə seriyasına son qoydu.