Dünyanın bir nömrəli tennisçisi Novak Cokoviç qolf üzrə “Rayder kuboku”nda iştirak edəcək.
"Football-plus.az" xəbər verir ki, ulduz idmançıların yarışının iştirakçıları arasında “Real”ın sabiq futbolçusu Qaret Beyl də olacaq.
Onlar oyun zamanı eyni komandada yer alacaqlar. Beyl futbolçu karyerasını bitirəndən sonra qolfla peşəkar səviyyədə məşğul olmağa başlayıb. Ulduzların görüşü sentyabrın 29-dan oktyabrın 1-dək İtaliyanın paytaxtı Romada keçiriləcək.
Qeyd edək ki, “Rayder kuboku” kişilərdən ibarət Avropa və ABŞ komandaları arasında iki ildən bir keçirilən qolf yarışıdı.