Qaret Beylin qolf həvəskarı olduğu çoxlarına bəllidi.
Amma Uels millisinin oyunçusu DÇ-2022 ərzində bu oyunu oynaya bilməyəcək. Bu barədə yığmanın baş məşqisi Robert Peyc açıqlama verib. O, qolfa böyük marağı olan “Los Anceles”in hücumçusu ilə bağlı belə deyib:
“Əvvəlcə onun turnir ərzində bir gün qolf oynamasını planlaşdırmışdıq. Ancaq sonra bunu da ləğv etdik. Qətərdə çox da vaxtımız olmayacaq. Hər dörd gündən bir matçımız var. Qolf oynaması mümkün deyil”.
Qeyd edək ki, Beylə AÇ-2020-nin ötən il keçirilən final mərhələsində də qolf oynamaq qadağası qoyulmuşdu.