“Bohum”da gözlənilən istefa rəsmiləşib. Almaniya klubu Tomas Raysla yolları ayırıb.
Komanda bundesliqada bu mövsüm keçirdiyi 6 oyunun hamısında uduzub və hazırda sonuncu yeri tutur. “Bohum”a müvəqqəti olaraq daha əvvəl klubun U-19 komandası ilə çalışmış Heyko Butçer başçılıq edəcək. Onun yeni statusla debütü “Köln” ilə ayın 18-nə təyin olunan oyuna təsadüf edəcək.