La Liqada qaçılmaz istefa

30.09.2023 17:56 198
Dünya futbolu
“Almeriya” baş məşqçi Visente Moreno ilə yolları ayırıb.

Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. İspaniyalı mütəxəssis komandanın uğursuz çıxışına görə vəzifəsindən azad edilib.

Qeyd edək ki, “Almeriya” bu mövsüm La Liqada keçirdiyi ilk 7 oyuna cəmi 2 xal yığıb və 20 komanda arasında sonuncu yeri tutur.