"Zirə"dən sonra ən yaxşı müdafiə xətti bizdədi" - Adrian Mutu

30.09.2023 18:27 256
Premyer-liqa / Manşet
"Neftçi" Misli premyer-liqasının 8-ci turunda səfərdə "Turan Tovuz"u 1:0 hesabı ilə məğlub edib.

"Football-plus.az" xəbər verir ki, matçdan sonra keçirilən mətbuat konfransında "ağ-qaralar"ın baş məşqçisi Adrian Mutu jurnalistrlərin suallarını cavablandırıb:

- Çox yaxşı oynadıq. Əvvəldən sona kimi oyuna nəzarət edən tərəf biz idik. Layiqli qələbə qazandıq. "Araz-Naxçıvan"a təsadüfdən məğlub olmuşduq. Həmin matçdan sonra inkişaf var. Hücumda bir az çatışmazlıq var. Bunu aradan qaldırmağa çalışacağıq.

- Müdafiədə də problem görünür. Bunu aradan qaldırmaq üçün hansı addımlar atacaqsız?
- Müdafiəçilərimiz bu gün yaxşı oynadı. 70 dəqiqə ərzində rəqibə qol epizodu vermədik. Deyə bilmərik ki, 90 dəqiqə ərzində rəqib qapımızın qarşısında təhlükəli vəziyyət yaratmayacaq. Futbolçulardan razı qaldım. Onları təbrik edirəm.

- Yuri Matiasın yoxluğunda müdafiənin performansını necə dəyərləndirirsiz?
- Vacib olan məqam o idi ki, Matiası layiqincə əvəz edən oyunçu olsun. Höccət çox yaxşı oyun nümayiş etdirdi. Qarşıdakı matçlarda kimi meydana buraxmaqda çətinlik çəkəcəm. "Zirə"dən sonra ən yaxşı müdafiə xətti bizdədi.

- Höccət haqverdinin doğma mövqeyi hansıdı?
- Baxır qarşısına qoyduğun nəticəyə. Hücumda yaxşı deyil. Müdafiə keyfiyyətləri çox yaxşıdır.

- İlk dəfə Tovuza gəldiniz. Atmosfer necə idi?
- Çox möhtəşəm idi. İstərdik ki, bütün stadionlarda bu cür olsun. Azarkeşlərə demək istəyirəm ki, hər oyunda komandalarına belə dəstək versinlər.

- Növbəti turda "Qarabağ"la qarşılaşacaqsız. Bu görüş haqda fikirləriniz necədi?
- Əlbəttə böyük oyundu. Son matçda onlar da qələbə qazanıb, biz də. Hər iki komanda yaxşı formadadı.