• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Real” seriyanı davam etdirdi, “Barsa”nın Pelleqriniyə yazığı gəlmədi – TURUN ŞƏRHİ

Dünya futbolu

20-09-2023, 23:0

İspaniyada “Real”la “Barselona” sabit şəkildə qələbələri sıralayır, liderlər qrupundakı başqa komandalar isə vaxtaşırı dəyişir.

Məsələn, “Atletiko” “Valensiya” ilə oyunda darmadağın olmaqla liderlərdən aralı düşdü. “Malyorka” və “Sevilya” mövsümdə ilk qələbəsini qazandı. “Barselona” “doğma divarlar” arasında “Betis”i darmadağın etdi. Qonaqların baş məşqçisi Manuel Pelleqrininin 70 yaşının tamam olduğu gündə belə məğlubiyyət heç yerinə düşmədi... “Ağ-yaşıllar”ın hesabına uzaqbaşı ilk 15 dəqiqəni yazmaq olar ki, həmin zaman kəsiyində əndəlüslər rəqibin təzyiqinin öhdəsindən gələ bildi. Hətta lazımınca cavab da verdilər – Enrike ilə Peresin əlverişli mövqedən zərbələrində azca dəqiqlik çatmadı. İlk yarının ortalarında “blauqrana” “Betis”in yenilənmiş müdafiə xəttində boşluq tapdı. Feliş həm özü qol vurdu, həm də Levandovskinin fərqlənməsinə şərait yaratdı. Fasilə ərəfəsində qonaqların oyununda hələ də həyat əlamətləri var idisə, 2-ci hissə onlar üçün fəlakətə çevrildi. Torres meydanı tərk etmək ərəfəsində cərimə zərbəsindən fərqi artırdı. Sonradan meydana çıxan Rafinya komandasının 4-cü qolunu vurdu, “Barsa”nın parlaq qələbəsində son nöqtəni isə Kanselo qoydu. İspaniya çempionu ÇL-in startına əla əhval-ruhiyyədə hazırlaşır.

Turun ən maraqlı oyunlarından birində “Real”la “Real Sosyedad” qarşılaşdı. “Barsa”dan sonra meydana çıxan madridlilər yalnız qələbə təqdirində zirvəyə dönəcəklərini bilirdilər. Basklar bacardığı qədər rəqibin işini çətinləşdirməyə çalışdı. Qonaqlar ilk yarını daha fəal keçirdi. Artıq 5-ci dəqiqədə hesab açıldı – Kubonun gözəl ötürməsindən sonra Barreneçea yaxın məsafədən fərqləndi. Tezliklə yaponiyalı futbolçu özü də Kepanı məyus etdi, ancaq onun qolu sayılmadı. “Real” tədricən özünə gəldi və 16-cı dəqiqədə Xoselu tiri silkələdi. Qarşılıqlı hücumlar şəraitində davam edən oyunda qonaqlar heç nədə rəqibə uduzmur, bəzən hətta üstələyirdilər. Qol vura bilməsə də, Kubo çox fəal idi. Fasilə birmənalı şəkildə “Real”ın işinə yaradı. 2-ci hissədə hesabı bərabərləşdirmək üçün meydan sahiblərinə cəmi 50 saniyə lazım gəldi – Valverde effektli zərbə ilə yadda qaldı. Saatın tamamında isə artıq Xoselu “Real”ı irəli çıxardı. Madrid klubu bundan sonra oyuna nəzarəti tam ələ keçirdi. Kroos, Valverde və Bellingem fərqi artıra bilərdi. İmanol Alquasil 81-ci dəqiqədə üçlü dəyişikliyə əl atsa da, oyunun axarına müdaxilə etməyi bacarmadı. Əzmkar qələbə qazanan “Real” yenə “Barsa”dan 2 xal irəlidədi. Amma “ağ şimşəklər”i sentyabrın 24-də “Atletiko” ilə Madrid derbisi gözləyir.

Belə təəssürat yaranır ki, “Atletiko” ötən tur dincəlməyib, əksinə, qalan futbolçular yığmanın düşərgəsində olarkən hansısa əlavə oyun keçirib. “Mestalya”nın qazonunda madridlilər çox “ağır” görünürdülər. Əlbəttə, Duro fərqlənərkən “yarasalar”ın bəxtinin gətirdiyini iddia etmək olar, ancaq “hindular”ın sonradan toparlanmasını nə əngəllədi? Heç 2-ci qoldan sonra da “Atletiko”nun oyunu alınmadı, meydanın mərkəzindəki Lemar – Barrios – Lyorente “üçlüy”ü isə adətən, Koke ilə De Pauldan gördüyümüz kreativliyin heç yarısını da ortaya qoymadı. Karraskonun satışı da özünü göstərir, bu üzdən Rikelme ona yad olan mövqedə oynadı və xoş təsir bağışlamadı. Gerranın 2-ci hissənin əvvəlində vurduğu 3-cü qol qonaqların müqavimətini qırdı. Özü də “Atletiko” məhz fasilədən sonrakı 10 dəqiqə ərzində yetərincə yaxşı oynadı, ancaq qol vura bilmədi, qapısında qol gördü və bundan sonra müqavimət göstərmədi. Qrizmannın əvəzlənməsi isə qəti kapitulyasiya idi, axı onu təsadüfi zədədən qorumaq lazım idi. Növbəti həftə ÇL oyunu, ardından “Real”la sınaq gəlir. Kəsəsi, Simeonenin komandasında liderlər Madrid derbisinə qədər bərpa olunmasa, məğlubiyyət qaçılmazdı. “Valensiya” mövsümdə ən yaxşı oyununu keçirdi və liderlər qrupuna yaxınlaşdı.

“Las-Palmas”ı qəbul edən “Sevilya” yeganə qolla qələbə qazandı. Bu qolu yayda “Herta”dan alınan Lukebakio vurdu. Oyunu maraqlı edən məqam həm də Ramosun uzun fasilədən sonra “Sevilya”nın heyətində meydana çıxması idi. Sonuncu dəfə 2005-ci il avqustun 28-də “Sevilya”nın heyətində görünən müdafiəçi 6595 gündən (18 il 20 gün) sonra yenidən həmin formanı geydi. Start heyətində yer alan 37 yaşlı müdafiəçi inamlı təsir bağışladı və “Sevilya”nın ardıcıl üç məğlubiyyətdən (4-cü turun “Atletiko” ilə oyunu təxirə salınıb – red.) sonra sevinməsinə yardım etdi.

Turun qalan oyunlarına gəlincə, “Atletik” “Kadis”i darmadağın etdi, “Rayo Valyekano” “Alaves”lə oyundakı dominant futbolun fonunda inamlı qələbə qazandı. “Selta” evdə minimal fərqlə uduzdu. “Xetafe” – “Osasuna”, “Vilyarreal” – “Almeriya” oyunlarında meydan sahibləri qalib gəldi. Nəhayət, turun son oyununda “Qranada” evdə “Jirona”ya uduzdu.

5-ci tur
Real – Real Sosyedad 2:1
Valverde, 46. Xoselu, 60 – Barreneçea, 5. (70092)
Real: Kepa, F.Qarsiya (Naço, 74), Alaba, Rüdiger, Karvaxal, Kroos, Çuameni (Kamavinqa, 62), Valverde (Vaskes, 87), Bellingem, Xoselu (Modriç, 62), Rodriqo (Dias, 87).
Real Sosyedad: Remiro, Tirni (Munyos, 69), Le Norman, Subeldiya, Traore, Merino, Subimendi, Mendes (Zaxaryan, 81), Barreneçea (Şo, 81), Kubo, Oyarsabal (Sadik, 81).
Barselona – Betis 5:0
Feliş, 25. Levandovski, 32. Torres, 62. Rafinya, 66. Kanselo, 81. (45055)
Barselona: Ter Ştegen, Balde (Alonso, 76), Kristensen (Martines, 76), Kunde, Kanselo, Qavi, Romeu (Gündoğan, 64), De Yonq, Feliş (Yamal, 64), Torres (Rafinya, 64), Levandovski.
Valensiya – Atletiko 3:0
Duro, 5; 34. Gerra, 54. (45363)
Valensiya: Mamardaşvili, Korreyya (Tarreqa, 83), Qayya (Özkaçar, 70), Diakabi, Moskera, Peres, Kanyos (Lopes, 59), Gerra, Pepelu, Almeyda (Amallah, 70), Duro (Gilyamon, 83).
Atletiko: Oblak, Aspilikueta, Saviç (Korrea, 46), Ermoso (Saul, 62), Vitsel, Barrios, Lemar (Qalan, 44), Lyorente, Rikelme (Molina, 46), Qrizmann (Ximenes, 62), Morata.
Atletik – Kadis 3:0
Quruseta, 66. Vilyalibre, 68. İ.Uilyams, 90+1. (42881)
Rayo Valyekano – Alaves 2:0
Palason, 43-p. De Frutos, 82. (12116)
Selta – Malyorka 0:1
Muriqi, 85. (18693)
Xetafe – Osasuna 3:2
Mitroviç, 36. Karmona, 51. Maksimoviç, 86 – Munyos, 45. Budimir, 57-p. (9808)
Vilyarreal – Almeriya 2:1
J.Moreno, 45+5. Sörlot, 90+4 – Akyeme, 44. (18467)
Sevilya – Las-Palmas 1:0
Lukebakio, 71. (40578)
Qranada – Jirona 2:4
Uzuni, 63. Bay, 85 – Sıqankov, 22. Savlo, 31. Lopes, 34. Kouto, 89. (17323)
1. Real 5 5 0 0 10-3 15
2. Barselona 5 4 1 0 13-4 13
3. Jirona 5 4 1 0 11-4 13
4. Atletik 5 3 1 1 9-4 10
5. Valensiya 5 3 0 2 7-4 9
6. Rayo Valyekano 5 3 0 2 6-8 9
7. Atletiko 4 2 1 1 10-4 7
8. Xetafe 5 2 1 2 5-7 7
9. Kadis 5 2 1 2 5-7 7
10. Betis 5 2 1 2 5-10 7
11. Real Sosyedad 5 1 3 1 8-7 6
12. Osasuna 5 2 0 3 7-8 6
13. Vilyarreal 5 2 0 3 8-10 6
14. Alaves 5 2 0 3 5-7 6
15. Malyorka 5 1 2 2 4-5 5
16. Selta 5 1 1 3 4-7 4
17. Sevilya 4 1 0 3 6-8 3
18. Qranada 5 1 0 4 9-16 3
19. Las-Palmas 5 0 2 3 1-4 2
20. Almeriya 5 0 1 4 5-11 1
Bombardir: Bellingem (Real) – 5.
Növbəti turun oyunları sentyabrın 22-24-ü aralığında keçiriləcək: Alaves – Atletik, Jirona – Malyorka, Osasuna – Sevilya, Barselona – Selta, Almeriya – Valensiya, Real Sosyedad – Xetafe, Rayo Valyekano – Vilyarreal, Betis – Kadis, Las-Palmas – Qranada, Atletiko – Real.

Turun rəqəmi
5 – “Real” ardıcıl qələbə sayını bu həddə çatdırdı. Ançelottinin komandası “Real Sosyedad”a qaədər “Xetafe” (2:1), “Selta” (1:0), “Almeriya” (3:1) və “Atletik” (2:0) ilə oyunlarda da qalib gəlmişdi.

Turun ulduzu
Uqo Duro (Valensiya) – son üç oyunda əvvəlki 49 oyundakı qədər qol vurub. “Atletiko” ilə oyunun ilk yarısındakı dublu darmadağını şərtləndirdi.

Turun sitatı
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi: “İstədiyimiz kimi oynaya bilmədik. Yəqin ki, bu, klubda olduğum dövrdəki ən zəif oyunumuz idi. “Valensiya” irəli atılmağımıza imkan vermədi, əks-hücumlarda yaxşı idi, bizə problem yaradırdı. Gözəl oyun keçirən rəqibi təbrik edirəm. Qətiyyən acıqlanmıram, sakitəm. Komanda pis oyun göstərəndə bunu qəbul etmək lazımdı. Böyüməyin başqa yolu yoxdu. Bugünkü oyunun ən pis tərəfi odu ki, rəqib bizdən yaxşı idi. Təbrik etməkdən başqa sözüm yoxdu”.

Faktlar
* “Barsa” La Liqada son 2,5 ildəki ən böyükhesablı qələbəsini qazandı. “Blauqrana”nın 5 top fərqi ilə sonuncu qələbəsi 2021-ci il martın 21-nə təsadüf etmiş, komanda həmin gün səfərdə “Real Sosyedad”a 6:1 hesabıyla qalib gəlmişdi. Bütün turnirləri nəzərə alsaq, 5 top fərqi ilə sonuncu qələbə yanvarın 19-da – ölkə kuboku çərçivəsində “Seuta” ilə oyunda (5:0) qeydə alınmışdı.
* “Barselona” 2021-ci ildən bəri ilk dəfə cərimə zərbəsindən qol vurdu. Ferran Torres “canlı sədd”in yanından topu tora göndərdi. Buna qədər cərimə zərbəsindən sonuncu qolu 2021-in mayında “Valensiya”ya Messi vurmuşdu.

Oyundan sonra
Xavi Ernandes, “Barselona”nın baş məşqçisi: “Oyun ideal olmasa da, əla alındı. Futbolçularım yaxşı vaxt keçirdi. Bu gün elə hiss var idi ki, sanki "Kamp Nou"da oynayırıq. Çoxlu qol vəziyyətimiz var idi, belə də olmalıdı. Yamalı saymasaq, hücum qrupundan olan 4 oyunçunun hər birinin fərqlənməsi idealdı. 5 qol vurduq və top buraxmadıq. Rəqibin çox təhlükəli bir imkanı oldu, ancaq ümumilikdə keyfiyyətli oyun keçirdik. Rəqiblərə qol vəziyyəti yaratmağa imkan verməməliyik. Bu gün görmək istədiyimiz “Barselona”ya çox yaxın idik”.

Karlo Ançelotti, “Real”ın baş məşqçisi: “Yaxşı ki, qolun əvəzini çıxa bildik. Belə oyunlarda daha çox güc sərf etmək lazımdı. Enerjimiz və komandanın hədəfə çatmaq inadı sayəsində istədiyimizə nail olduq”.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

11-08-2023, 18:0

İspaniya çempionatında 2023/24 mövsümünün təqvimi

Dünya futbolu

5-04-2023, 14:0

Liderlər darmadağın etdi, “Atletiko”nun seriyası uzandı – 27-ci turun şərhi

Dünya futbolu

22-08-2022, 09:0

"Barselona"dan darmadağın, "Atletiko" uduzdu

Dünya futbolu

2-08-2023, 22:0

Dəyişməyən “üçlük”, “Real Sosyedad”ın yüksəlişi, 7-ci yer uğrunda amansız mübarizə... - TƏHLİL

Dünya futbolu

14-03-2023, 19:0

“Barselona” rekordlarla çempionluğa doğru gedir - REPORTAJ

Aktual
“Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
"İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
“İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
“Yeni oyunçuların onlardan tələb olunanı artıq ortaya qoymaları lazımdı” - “Qarabağ” transfer dönəmini boşa verib?
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Son xəbərlər
  • Bu gün, 18:45
    "Sabah azarkeşlərimizin köməyi və dəstəyi ilə mərhələ keçəcəyik" – Valdas Dambrauskas söz verdi
  • Bu gün, 18:36
    “Evdəki görüşə səfərdəkindən daha yaxşı hazırlaşmışıq” – İvan Lepinitsa
  • Bu gün, 18:00
    Şimali Amerikaya yollandı
  • Bu gün, 17:32
    Fransada klubunu dəyişəcək
  • Bu gün, 17:00
    Qurban Qurbanovun mətbuat konfransı keçiriləcək
  • Bu gün, 16:30
    Boyan Letiç "Araz-Naxçıvan"da
  • Bu gün, 16:00
    ''UltrAslan''ın lideri saxlanıldı!
  • Bu gün, 15:27
    Doğma klubuna qayıtdı
  • Bu gün, 14:58
    Ağadadaş Salyanski "Araz-Naxçıvan"da
  • Bu gün, 14:26
    "İmişli"dən ayrılmağımın sadaladığınız səbəblərlə heç bir bağlılığı yoxdu" - gedən xanım
  • Bu gün, 13:55
    "İmişli"nin sabiq futbolçusu "Karvan-Yevlax"da
  • Bu gün, 13:34
    “Misli” premyer-liqaya sponsorluğunu davam etdirəcək
  • Bu gün, 13:08
    “Sumqayıt” - “Neftçi” oyununun yeri dəyişdirildi
  • Bu gün, 12:35
    PSJ-dən Arda Gülər üçün astronomik təklif
  • Bu gün, 12:04
    "Qarabağ"ın rəqibi səfərdə qələbə qazandı
  • Bu gün, 11:33
    İki boksçumuz qızıl medal qazandı
  • Bu gün, 11:02
    “İlk iş günündə stadion rəhbərliyinə yazılı bildiriş göndəriləcək” – PFL-in təftişinin nəticəsi bəlli oldu
  • Bu gün, 10:31
    Toral "Bursaspor"da debüt etdi
  • Bu gün, 10:00
    Almaniyada klubunu dəyişdi
  • Bu gün, 06:28
    Cəlalın komandası qalib gəldi
  • Dünən, 23:07
    Belçikadan İngiltərəyə üz tutacaq
  • Dünən, 22:45
    Romadan Milana üz tuta bilər
  • Dünən, 22:04
    "Səbail" 4 legioner transfer etdi
  • Dünən, 21:39
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 21:18
    Elvin Cəfərquliyevin durumu bəlli oldu
  • Dünən, 20:58
    Rahil Məmmədov "Turan Tovuz"da
  • Dünən, 20:29
    ''Fənər'' belçikalı ulduza yönəlib
  • Dünən, 20:08
    Millimizdən iki qələbə
  • Dünən, 19:40
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 19:05
    Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
  • Dünən, 18:30
    Almaniyaya qayıtdı
  • Dünən, 17:26
    Mançesterdən Milana üz tutacaq
  • Dünən, 16:37
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 15:52
    Dortmundu tərk etməyə yaxındır
  • Dünən, 15:07
    Klubuna sadiq qaldı
Daha çox
Oxunub: 269
Sıfır, sıfır, sıfır - buna görə Rəşad Sadıqov onu göndərdi
Oxunub: 200
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 127
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 102
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Oxunub: 99
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə