• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Zaqatala”nın oyunçusu məlumatsızlığın qurbanı olub

1-ci liqa / Manşet

29-09-2023, 18:0

Sentyabrın 25-də PFL-in saytında “Zaqatala”nın futbolçusu Mahmud Məmmədovla bağlı məlumat yer aldı.

"Football-plus.az" xəbər verir ki, sən demə, 2022/23 mövsümünün “Neftçi-2” – “Zaqatala” matçından sonra ondan götürülən dopinq-test nümunəsi müsbət nəticələnib. Bu səbəbdən futboldan ikiillik diskvalifikasiya edilib.

Bölgə təmsilçisinin baş məşqçisi Rüstəm Məmmədov qəzetimizə açıqlamasında bildirmişdi ki, Mahmudun ürəyində problem olub. Bu səbəbdən də dərman qəbul edib. Həmin həblərin tərkibində dopinq var imiş. Məhz bu səbəbdən Azərbaycan Milli Antidopinq İntizam Komitəsi belə qərar qəbul edib.
Futbolçu ilə bağlı redaksiyamıza maraqlı informasiya daxil olub. Əvvəlcə bunu qeyd edək ki, “Zaqatala”nın peşəkar həkimi yoxdu. Klub şəhər xəstəxanası ilə müqavilə əsasında əməkdaşlıq edir. Bütün problem də bu səbəbdən baş verib. “Neftçi-2” ilə oyun ərəfəsində futbolçu təngnəfəs olduğundan Zaqataladakı poliklinikaya yollanıb. Ordakı həkim futbolçuya soyuqladığını, ciddi probleminin olmadığını bildirib. Resept yazaraq Mahmudun “Kalium riboksin”, “Asbarkam”, “Mildronat” qəbul etməsini istəyib. Həkim futbolçuya birhəftəlik müalicə yazıb. Sözə qulaq asan Mahmud özünü yaxşı hiss edib və “Neftçi-2” ilə oyuna çıxıb. Qarşılaşmadan sonra həm “ağ-qaralar”ın, həm də “Zaqatala”nın 3 oyunçusu dopinq-testdən keçib. Bir ay sonra AMADA futbolçunu dopinqdən istifadə etdiyini bildiribb. Əslində Mahmud 4 illiyə futboldan uzaqlaşdırılmalıymın. Lakin klub buna etiraz edib. Zaqataladakı həkimin yazdığı resepti, oyunçunun analizlərini quruma təqdim ediblər. Bundan sonra cəza müddəti azaldılıb. Lakin zaqatalalılar buna da etiraz ediblər. AMADA-dakı həkimlərdən biri oyunçunun vəziyyətinin qəliz olduğunu, əməliyyata ehtiyac duyduğunu bildirib. Bu səbəbdən Mahmud Mərkəzi Gömrük Hospitalına göndərilib. Ordakı kardioloqun yoxlamasından sonra qorxulu nəyinsə olmadığı bildirilib. Futbolçu müəyyən dərman peraparatlarını qəbul edərək həm məşq edə, həm də futbol oynaya bilər. Hətta “Gömrük”dəki həkim AMADA-dakı həmkarının reaksiyasını gülüşlə qarşılayıb. Bundan sonra “Zaqatala” rəsmiləri Mahmudun cəzasının azaldılmasını tələb edib. Lakin AMADA-dakı hüquqşünas və həkimlər müxtəlif bəhanələrlə bundan imtina edib. Onlar Zaqataladakı tibb işçisinin Bakıya gəlməsini tələb edib. Həmin həkim də rayonda çox tanınmış biridi gündə onlarla xəstəsi olur. Həkim qurumun əməkdaşlarının Zaqatalaya gəlməsini istəyib, həmkarlarına nə üçün bu dərmanları yazdığını izah etməyə hazır olduğunu bildirib. Lakin qurum bunu qəbul etməyib. Əsas problem isə “Mildronat”dan qaynaqlanıb. Bu dərmanın tərkibindəki mildori maddəsi dopinq tərkiblidi. Mahmuda resept yazan həkim bunun idmançılar üçün qadağan olduğunu bilməyib. Əslində bilməli də deyilmiş. Çünki həmin şəxs ürək həkimidi. Sadəcə, xəstəyə yardım üçün lazimi dərmanları məsləhət görüb.

İkiillik cəzadan sonra “Zaqatala” apellyasiya şikayəti vermək istəyib. AMADA rəsmiləri bunda problemin olmadığını bildirib. Lakin bölgə təmsilçisindən müxtəlif sənədlər, arayişlər tələb olunub. Klub da məsələnin çox uzandığını görərək apellyasiyadan imtina edib.

Bir sözlə, ortada böyük problem var. “Zaqatala”nın öz həkimi olmadığından futbolçu əziyyət çəkir. Şəhər poliklinikasında çalışan həkimin yazdığı dərmanları qəbul etdiyi üçün 2 illiyə futboldan kənarlaşdırılıb. Ümumi məlumatsızlıq, anlayışsızlıq belə problemin yaranmasına səbəb olub. İndi ortaya bir sual çıxır: hər şeydə peşəkarlıq tələb edən AFFA, PFL niyə 1-ci liqa klublarından idman sahəsindən anlayışı olan həkimlərlə işləməyi tələb etmir? Onsuz da 1-ci liqada çıxış edənlərin əksəri şəhər poliklinikaları ilə əməkdaşlıq edir. Bəli, onlardan sağlamlıq kağızları tələb olunur. Bəs bu sənədləri təqdim edən həkimlər, xəstəxanalar idmançılara nəyin qadağan olduğunu bilirmi? Mahmudun başına gələnlər poliklinikalarda çalışanların nəyin dopinq olub-olmadığından xəbərsizliyininn sübutudu.

Bu məsələ AMADA da günahkardı. 1-ci liqa təmsilçilərinin həkimlərinə, rəsmilərinə dopinqlə bağlı seminarlar keçməyiblər. Ümid edirik ki, son hadisə həm AFFA-ya, həm də AMADA-ya dərs olacaq, bu qurumlar birlikdə daha yaxşı işlər görəcəklər. Heç olmasa, Azərbaycanda fəaliyyət göstərən bütün klubların həkimlərinə, rəhbərlərinə müəyyən xəstəliklər zamanı istifadə olunan dərmanlardam hansıların tərkibində dopinqin olduğu anladılacaq. AFFA həm 1-ci liqada, həm də premyer-liqada iştirak etmək üçün lisenziya almaq istəyən klubların qarşısına şərt qoy bilər ki, peşəkar idman həkimləri ilə əməkdaşlıq etsinlər. Düzdü, bu bir qədər qəliz məsələdi. Amma tələb olsa, dövlətin ayırdığı maliyyənin müəyyən hissəsi bu istiqamətdə xərclənilsə, məsələ həllini tapar.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

1-ci liqa / Manşet

27-09-2023, 20:0

“Zaqatala”nın futbolçusu dopinqə qurban getdi

Ölkə futbolu

25-09-2023, 12:0

“Zaqatala”nın futbolçusu dopinqə görə diskvalifikasiya olundu

Dünya futbolu

20-09-2022, 11:0

Dopinq-test prosedurunu pozduğu üçün cəzalandı

Aktual
Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
“Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Son xəbərlər
  • Bu gün, 14:24
    Leroy Mikelsin yeni klubu açıqlandı
  • Bu gün, 13:54
    Bolqarıstanda “Qarabağ”a görə həyəcan başladı! – bizimkiləri A sektoruna yerləşdirmək, bufer zona açmaq...
  • Bu gün, 13:35
    Elxan Səmədov növbəti dəfə PFL-in prezidenti seçildi
  • Bu gün, 12:25
    Dvorkoviç sanksiya altına düşdü – Mahir Məmmədov prezident olacaq?
  • Bu gün, 11:54
    "Zirə"nin potensial rəqiblərinin oyununda 4 qol
  • Bu gün, 11:23
    MS-ni tərk edə bilər
  • Bu gün, 10:52
    “Neftçi”nin səhvlərini yalnız yeniyetmələrdən ibarət komandalar edə bilər” - belaruslular da şoka düşüb
  • Bu gün, 10:31
    Vüsal oynadı, komandası Konfrans Liqasında qalib gəldi
  • Bu gün, 10:00
    "Qarabağ"ın potensial rəqiblərinin matçında 5 cavabsız qol
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
Daha çox
Oxunub: 193
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 182
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Oxunub: 117
“Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə