Dopinq-test prosedurunu pozduğu üçün cəzalandı

20.09.2022 11:13 386
Dünya futbolu
Keyta Balde bir müddət futbol oynaya bilməyəcək.

Football-plus.az xəbər verir ki, “Spartak”ın yeni oyunçusu cəzalanıb.

Rusiya klubu ilə avqustun sonunda 3 illik müqavilə bağlayan hücumçu ötən mövsüm “Kalyari”də oynay arkən dopinq-test prosedurunu pozub. Balde bu səbəbdən İtaliya Milli Antidopinq Məhkəməsinin qərarı ilə dekabrın 5-nə qədər yaşıl meydanlarda görünməyəcək. Qeyd edək ki, qərar başqa ölkədə verilsə də, FİFA-nın qaydalarına əsasən bütün regional konfederasiyalarda və milli federasiyalarda tətbiq olunur.

Amma bu qərarla razılaşmayan futbolçu İtaliyanın müvafiq orqanına şikayət etmək niyyətindədi. 27 yaşlı seneqallı futbolçu istənilən halda milli komandasının Boliviya və İranla yoldaşlıq oyunlarını buraxacaq. Əlavə edək ki, “Spartak” Keytaya cəzalı olduğu müddətdə maaş ödəməyəcək. Onun illik məvacibi isə 1,4 milyon avrodu. Baldenin komandaya yalnız “Zenit”lə oyunda (1:2) kömək etdiyini də bildirək.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul