"Football-plus.az" xəbər verir ki, avqustun sonunda MHL-in İcraiyyə Komitəsi bu satış əməliyyatını bəyənmişdi. “Postmedia”nın yaydığı xəbərə görə, sövdələşmə məbləği 950 milyon dollardı.
1992/93 mövsümündən MHL-də çıxış edən “Ottava”nın indiyəqədərki ən yaxşı nəticəsi 2006/07 mövsümündə Stenli kubokunun finalında oynamasıdı. Xatırladaq ki, 2003-cü ildə kluba yiyələnən Yucin Melnik dünyasını dəyişəndən sonra klub vərəsəlik hüququ ilə qızları Anna və Oliviyaya keçmişdi.
58 yaşlı Andlauer sövdələşmə başa çatandan sonra “Ottava” camiəsinə müraciət edib:
“Mən və ailəm bu icmanın bir hissəsi olduğumuza görə çox şadıq. Ərizəmin qələbəsi elan olunandan dərhal sonra “Ottava” camiəsi ilə tanış olmağa başlamışam. Bu, idmanda dərin kökləri olan əsl hokkey camiəsidi. “Ottava”nın azarkeşləri çox ehtiraslıdı, bəzən onları lazımınca dəyərləndirmirlər. Ola bilsin, kağız üzərində mən və tərəfdaşlarım bu komandanın sahibiyik, ancaq əslində komanda şəhərə və regiona məxsusdu. Maksiimal hörmət hissi və şəffaflıqla həm buz üzərində, həm də ondan kənarda “Senatorlar”ın qayğısına qalacağımı vəd edirəm”.



