Məşhur kanadalı aktyor Rayan Reynold satışa çıxarılması gözlənilən “Ottava”nı almaqda maraqlıdı.
Football-plus.az xəbər verir ki, bu haqda məlumatı “People” yayıb. Bu qaynağın informasiyasına görə, “Ottava”nın sahibi Yucin Melnik martda dünyasını dəyişəndən sonra kluba yiyələnən qızları satışla bağlı düşünürlər və artıq vasitəçi şirkət də tutublar.
1992/93 mövsümündən bəri MHL-də çıxış edən “Ottava”nın ən yaxşı nəticəsi 2006/07 mövsümündə Stenli kubokunun finalına vəsiqədi. Onu da vurğulayaq ki, Reynolds ötən il aktyor həmkarı Rob Makelhenni ilə birgə hazırda İngiltərənin 5-ci divizionunda çıxış edən Uelsin “Reksem” klubunu alıb.