• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Şahin Diniyev qarşısına çıxanı əzir - REPORTAJ

Premyer-liqa / Reportaj

27-09-2023, 16:0

Həftənin maraqla gözlənilən oyunları sırasında Bakıda keçirilən “Səbail” – “Araz-Naxçıvan” matçı da var idi.

Hər iki komandanın turnir cədvəlinin üst sıralarında yer alması gözlənilməz məqam idi. Ya bu komandalardan biri “ASCO Arena”dakı qarşılaşmada qələbə qazanaraq yoluna davam etməli, ya da heç-heçə nəticəsində hər ikisi büdrəməli idi.

Qarşılaşmanın startından elə hiss olunurdu ki, maraqlı və məhsuldar oyun izləyəcəyik. Görüşə qonaqlar daha yaxşı başladı. 12-ci dəqiqədə Orxan qapını dəqiq nişan ala bilmədi. 20-ci dəqiqəyə kimi qonaqlar ərazi üstünlüyünə malik idi. “Səbail” bu andan sonra özünə gəlməyə başladı. 22-ci dəqiqədə Pedronun uzaqdan zərbəsi qapıdan aralı keçdi. Bundan sonra tərəflərin qarşılıqlı hücumlarına şahidlik etdik. Əvvəlcə Turalın zərbəsi qapıdan aralı keçdi. “Səbail”in cavabı gecikmədi. Qomis bir rəqibini keçərək topu qapıya göndərdi. Lakin Avram etibarlı oyunla diqqəti çəkdi. 34-cü dəqiqədə Orxan yüzfaizlik qol imkanını qaçırdı. Müdafiəçilərin səhvindən istifadə edən hücumçu topu ələ keçirdi. Lakin onun zərbəsini Səlahət ayaqları ilə dəf etdi. 37-ci dəqiqədə naxçıvanlılar hesabı açdı. Turanın cərimə zərbəsindən ötürməsini Kurdiç başla qapıdan keçirdi. Lakin yan xətt hakimi bayrağını qaldıraraq oyundankənar vəziyyət qeydə aldı. VAR da bu qərarı təsdiqləyəndən sonra oyun davam etdi.

Oyunun axarından hiss olunurdu ki, qonaqlar tezliklə hesabı açacaq. Lakin hadisələr belə cərəyan etmədi. 44-cü dəqiqədə Ribeyro Pedroya qarşı cərimə meydanında qaydanı pozdu. Rəşad Əhmədov dərhal penalti təyin etdi. Topun arxasında keçən yarımmüdafiəçinin zərbəsi dəqiq oldu. İlk hissə bu hesabla bitdi.

Fasilədən sonra məşqçilər hansısa dəyişiklik etmədi. Lakin oyuna maraq azalmadı. Komandalar yenə qarşılıqlı hücumlar qururdu. 51-ci dəqiqədə Kuzmanoviçin zərbəsi təhlükləli oldu. Lakin Səlahət yerində idi. Yavaş-yavaş “Səbail” qonaqları əks-hücumlarda yaxalamağa çalışırdı. 78-ci dəqiqədə meydana sonradan çıxan Rüfətin zərbəsi dirəkdən döndü. Bir qədər sonra Pedro da şansını yoxladı. Lakin portuqaliyalının zərbəsi qapının üstündən keçdi.

Son dəqiqələrdə naxçıvanlılar bütün komanda ilə irəli atılsa da, istədiklərinə nail ola bilmədilər. Beləliklə, “Səbail” ardıcıl 4-cü qələbəsini qazanmaqla xalını 13-ə çatdırdı. Şahin Diniyevin komandası artıq 2-ci pillədə qərarlaşıb.

Gözdən qaçmadı
* Oyun başlamamış Şahin Diniyev qonaq komandanın ehtiyat oyunçular skamyasındakılarla görüşəndən sonra Azər Bağırovu qucaqlayaraq uğur arzuladı.
* Oyunu izləyənlər arasında “Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev də var idi.
* Oyunu uzun fasilədən sonra “CBC Sport” kanalına dönən Gündüz Abbaszadə şərh edirdi. Məlumat üçün bildirək ki, həmkarımızın son iş yeri “Qarabağ” olub.
* Azər Bağırov tez-tez referi Rəşad Əhmədova etiraz edirdi. Lakin çalışdırıcı ehtiyat oyunçular skamyasında əyləşən köməkçilərinə və futbolçularına bunu etməyə imkan vermirdi.
* “Araz-Naxçıvan”ın qapısına penalti təyin olunarkən Azər Bağırov jurnalistlər tərəf dönərək “Allah hər şeyi görür”, - deyə üsyan etdi.
* Orxan Əliyev meydandan çıxandan sonra ehtiyat oyunçular skamyasının yanındakı oturacaqda əyləşərək əsəbini soyutmağa çalışırdı. Hücumçu qaçırdığı epizodların təəssüfümü yaşayırdı. Komandanın məşqçisi Rail Məlikov Orxana yaxınlaşaraq təsəlli verdi.

İLKİN SULTANLI

Paylaş:
Digər xəbərlər

Premyer-liqa / Reportaj

19-09-2023, 17:0

“Neftçi” debütanta da uduzdu - REPORTAJ

Yığma / Reportaj

20-06-2023, 13:0

Estoniyada da Bakıdan xalla getdi, biz kimi udacağıq? - REPORTAJ

Premyer-liqa / Reportaj

2-05-2023, 20:0

“Səbail”in oyanışı fayda vermədi - REPORTAJ

Premyer-liqa / Manşet

19-03-2023, 16:0

Bayılda iki qol və ədalətli sonluq - REPORTAJ

Premyer-liqa / Reportaj

5-09-2023, 21:0

“Neftçi” Samir Abasova məğlubiyyətin dadını hiss etdirdi - REPORTAJ

Premyer-liqa / Reportaj

26-08-2023, 14:0

Turan Naxçıvanı xilas etdi - REPORTAJ

Aktual
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
“Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
Son xəbərlər
  • Dünən, 23:54
    Gözlənilən transfer rəsmiləşdi
  • Dünən, 23:30
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 22:57
    Amsterdamda qərar tutdu
  • Dünən, 22:27
    Gözlənilən transfer rəsmən açıqlandı
  • Dünən, 21:56
    “Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
  • Dünən, 21:26
    Uelbek İngiltərə iş yerini dəyişdi
  • Dünən, 20:52
    Turini tərk etdi
  • Dünən, 20:31
    Madriddən Londona yollandı
  • Dünən, 20:00
    "Şəmkir"də yeni vitse-prezident
  • Dünən, 19:49
    Tezliklə “Arsenal”a qoşulacaq
  • Dünən, 19:00
    Qapıçı ilə müqavilə yeniləndi
  • Dünən, 18:30
    Fransada klubunu dəyişəcək
  • Dünən, 17:59
    Diqqət, diqqət: “Qarabağ” 6 saatdı qol vurmur!
  • Dünən, 17:16
    İtaliya klubunda yeni müqavilə
  • Dünən, 16:52
    Martinesin yeni qiyməti açıqlandı
  • Dünən, 15:57
    “Valensiya”nın tarixinə düşdü
  • Dünən, 15:16
    “Ötən mövsüm səhvimiz məhz bunda oldu” - Modriç “Milan”da əsas hədəfini açıqladı
  • Dünən, 14:46
    İngiltərədə klubunu dəyişdi
  • Dünən, 14:00
    “Orhus” Masazırda öyrəşmədiyi havada oynayacaq – 8 dərəcə fərq var!
  • Dünən, 13:17
    İngiltərə klubunu tərk etdi
  • Dünən, 12:41
    Londonda iş yerini dəyişdi
  • Dünən, 12:00
    Masazıra “Orhus”un 425 azarkeşi gələ bilər – istidən qorxurlar!
  • Dünən, 11:30
    Şayiələrə son qoydu
  • Dünən, 11:05
    “Təftişin nəticəsi məxfidi” dedi və dayandı
  • Dünən, 10:35
    “Real”ın oyunçularından son xəbərlər
  • Dünən, 10:00
    “Barselona”dan yeni transfer
  • Dünən, 00:01
    Niderlanda yollanacaq
  • 7-08-2026, 23:0
    Bolonyadan paytaxta üz tutdu
  • 7-08-2026, 22:0
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • 7-08-2026, 22:0
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • 7-08-2026, 21:0
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • 7-08-2026, 21:0
    Dünya çempionu vəfat etdi
  • 7-08-2026, 21:0
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • 7-08-2026, 20:0
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • 7-08-2026, 20:0
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
Daha çox
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 124
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 105
“Abbas artıq məşqlərə qoşulub, bizlə məşq edir” – bəs sonra?
Oxunub: 97
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 95
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Oxunub: 86
“Təftişin nəticəsi məxfidi” dedi və dayandı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə