Vinisius ilə bağlı son xəbər

26.09.2023 19:30 283
Dünya futbolu
Vinisius Junior ilə bağlı növbəti xəbər yayılıb.

“Football-plus.az” xəbər verir ki, braziliyalı vinger zədəsini tam sağaldıb. O, artıq “Real”ın ümumi qrupu ilə məşq etməyə başlayıb. “Marka” qəzetinin yaydığı xəbərə görə, Vinisius İspaniya çempionatının 7-ci turunun “Las Palmas” ilə sabah keçiriləcək oyununda iştirak edə biləcək.

Yeri gəlmişkən, o, bu mövsüm La Liqada iştirak etdiyi 3 oyunda 1 qol vurub.