“Formula-1” yarışlarının yeddiqat qalibi Lüis Hemilton Beynəlxalq Avtomobil Federasiyası (FIA) qarşısında 2008-ci il çempionatının nəticələrinə yenidən baxılması ilə bağlı iddia qaldıran braziliyalı Felipe Massanın niyyəti haqda danışıb.
"Football-plus.az" xəbər verir ki, Massa həmin mövsümün Sinqapur mərhələsinin nəticəsinin ləğvini tələb edir. Hemilton məsələyə belə münasibət bildirib:
“Felipe bu istiqamətdə hərəkət etmək istəyirsə, bu, onun qərarıdı. Mən isə 15 və ya 2-3 il əvvəl baş verməsindən asılı olmayaraq, keçmişdəki hansısa hadisənin üzərində dayanmaq istəmirəm. Məni yalnız indiki durum maraqlandırır, hər həftə komandama yardım etməyə köklənmişəm”.
İş ondadı ki, Massa Nelsinyo Pikenin (kiçik) 2008-ci ildə Sinqapur mərhələsində törətdiyi qəzadan sonra FIA və “Formula-1” rəhbərliyini fəalliyyətsizlikdə ittiham edir. “Reno”nun pilotu yarışın ortalarında bilərəkdən özünü divara çırparaq komanda yoldaşı Fernando Alonsonun qələbəsinə yol açıb. Massa isə həmin yarışda təhlükəsizlik maşınının trassa çıxması və uğursuz pit-stop üzündən xal qazana bilməyib. Massa hesab edir ki, 2008-ci ildə çempion titulunu məhz həmin hadisə üzündən əldən verib. Çempion isə Hemilton olub.