Musa oynadı, komandası uduzdu

24.09.2023 21:15 212
Ölkə futbolu
İsveç çempionatında 24-cü turun görüşləri keçirilir.

"Football-plus.az" xəbər verir ki, Musa Qurbanlının çıxış etdiyi "Yurqorden" səfərdə AİK-in qonağı olub. Stokholm derbisi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Musa Qurbanlı matça start heyətdə başlayıb və 53-cü dəqiqədə əvəzlənib.