Musa Qurbanlı oynadı, komandası uduzdu

27.07.2023 22:58 315
Manşet / Konfrans Liqası
Konfrans Liqasında 2-ci təsnifat mərhələsinin ilk oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin futbolçusu Musa Qurbanlının çıxış etdiyi İsveç "Yurqorden"i Stokholmdə İsveçrə "Lütsern"inin qonağı olub. Qarşılıqlı hücumlarla keçən matçda 3 qol vurulub. Musanın komandası məğlub olub - 1:2.

Həmyerlimiz oyuna start heyətində başlayıb. O, 63-cü dəqiqədə əvəzlənib.

Qeyd edək ki, komandalar arasında cavab oyunu avqustun 3-də keçiriləcək.