Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli oldu

2.05.2023 17:17 311
Yığma / Əvəzedicilər
Qadın futbolçulardan ibarət Azərbaycan yğmasının ilk dəfə keçiriləcək UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

“Football-plus.az" xəbər verir ki, bu gün keçirilən püşkatmanın nəticəsində yığma C Liqasının 3-cü qrupuna düşüb.

Siyasət Əsgərovun kollektivi Monteneqro, Kipr və Farer adaları ilə mübarizə aparacaq. İlk turun oyunları 20-26 sentyabr tarixlərində keçiriləcək.