Santuş Polşadan gedər oldu...

15.09.2023 17:11 256
Dünya futbolu
Fernando Santuşun Polşa yığmasındakı fəaliyyəti sona çatıb. O, bu komandaya yalnız 8 ay başçılıq edə bilib.

"Football-plus.az" xəbər verir ki, portuqaliyalı mütəxəssis uğursuz nəticələrə görə istefaya yollanıb.

Yerli futbol təşkilatı onunla müqaviləni qarşılıqlı razılıq əsasında qüvvədən salıb. Santuş Polşa yığmasına yanvarda təyinat almışdı. Komanda AÇ-2024-ün seçmə turnirində uğursuz çıxış edir. Slavyanlar E qrupunda keçirdikləri 5 oyunda 6 xal toplamaqla Albaniya, Çexiya və Moldovadan sonra 4-cü yeri tutur. Onlar yalnız 1 xala malik olan Farer adalarını qabaqlayırlar.

Polşa millisi Santuşun rəhbərliyi altında 6 oyun keçirib, 3 qələbə qazanıb və 3 dəfə məğlub olub. 64 yaşlı mütəxəssisinin əvvəlki iş yeri Portuqaliya yığması olub. Ölkəsinin əsas komandasına 2014-22-ci illərdə başçılıq edən mütəxəssis pireneyliləri 2016-cı ildə keçirilən Avropa çempionatında qələbəyə daşıyıb.