Misli premyer-liqasının 6-cı turunda “Araz-Naxçıvan” “Neftçi”yə qalib gəldi – 1:0.
“Football-plus.az” xəbər verir ki, Naxçıvan təmsilçisinin yarımmüdafiəçisi Vadim Abdullayev 88-ci dəqiqədə zədələnərək yerini Zamiq Əliyevə buraxdı. 28 yaşlı futbolçunun son durumunu öyrənmək üçün özü ilə əlaqə saxladıq:
“Bakı”da oynadığım dönəmdə diz qapağı damarımdan əməliyyat olunmuşdum. O damarı əslində kəsməliydilər, lakin kəsməmişdilər və içəridən tikmişdilər. Orda da çıxıntılı yerlər olur. Məndə də damarlar tez-tez ilişir. Sonuncu dəfə “Kəpəz”lə oyundan sonra etdiyimiz məşq zamanı dizim burxulmuşdu. Üstünə çox ciddi düşmədim, ona görə də bu matçda təsirini göstərdi. Ayağım çox şişmişdi, qan yığılmışdı, ancaq indi hər şey yaxşıdı. Məşqlər də edirəm. İnşallah, növbəti oyuna kimi tam hazır olaram”.
Xatırladaq ki, “Araz-Naxçıvan” növbəti turda sentyabrın 24-də səfərdə “Səbail”lə qarşılaşacaq.
CAVİD ƏLİYEV