Bəhlul Mustafazadə “Araz-Naxçıvan”a qarşı oynayacaqmı?

19.08.2023 10:31 778
Aktual / Ölkə futbolu
"Qarabağ" HİK-i səfərdə məğlub etdiyi oyunun gedişində əsas müdafiəçilərindən birini itirdi.

“Football-plus.az” xəbər verir ki, ilk yarının gedişində zədələnən Bəhlul Mustafazadə fasilədə yerini Bədavi Hüseynova buraxdı. 26 yaşlı futbolçunun son durumunu öyrənmək üçün “Qarabağ”ın mətbuat katibi əvəzi Elvar Quliyevlə əlaqə saxladıq:

"Bəhlul sağ ayağının baş barmağından zədə alıb. Ciddi deyil. "Araz-Naxçıvan"la oyuna yaxın meydanda olub-olmayacağı bilinəcək".

CAVİD ƏLİYEV