"Araz-Naxçıvan" növbəti oyuna itkilərlə hazırlaşır

30.08.2023 16:29 249
Premyer-liqa
"Araz-Naxçıvan"ın iki futbolçusu Gəncədə "Kəpəz"ə qarşı keçiriləcək premyer-liqanın 5-ci turunun matçında iştirak etməyə bilər.

"Football-plus.az" xəbər verir ki, 4-cü turda “Sumqayıt”la oyunun (1:1) birinci hissəsində zədələnən və qarşılaşmanı davam etdirə bilmədiyinə görə fasilədə əvəzlənən Mohammed Kadirinin, eləcə də məşqdə yüngül zədə alan Miço Kuzmanoviçin meydana çıxıb-çıxmayacağı sual altındadır.

Sözügedən oyunçular komanda ilə məşqdə iştirak etmirlər.

Qeyd edək ki, "Kəpəz" - "Araz-Naxçıvan" görüşü sentyabrın 3-də, saat 17.00-da start götürəcək.