Fransadan Qətərə üz tutdu

18.09.2023 20:15 1 214
Dünya futbolu
PSJ-ni daha bir futbolçu tərk edib.

“Football-plus.az” xəbər verir ki, Marko Verrattinin “Əl- Ərəbi”yə gözlənilən keçidi rəsmiləşib.

Qətər klubu italiyalı yarımmüdafiəçinin transferini rəsmən açıqlayıb. AÇ-2020-nin çempionu yeni klubunda “7” nömrəli forma ilə çıxış edəcək.

Tanınmış jurnalist Nikolo Skira “Əl-Ərəbi”nin 30 yaşlı yarımmüdafiəçinin transferi üçün Fransa klubuna 50 milyon avro ödəyəcəyini yazıb. İtaliyalı futbolçu ilə imzalanan müqavilənin müddəti 2026-cı ilin yayına qədərdi.

Verratti PSJ-də 2012-ci ildən çıxış edirdi. O, Fransa çempionatında 276 oyun keçirib və 7 qol vurub.