FİFA lisenziyası almaq istəyən agentlərin imtahanı niyə pulsuz olacaq? - AÇIQLAMA

17.09.2023 21:51 242
Ölkə futbolu / Manşet
Bildiyiniz kimi, sentyabrın 20-də FİFA lisenziyası almaq istəyən agentlərin AFFA-da imtahanı olacaq.

"Football-plus.az" xəbər verir ki, bir çox ölkələrdə menecerlər bunun üçün ödəniş edirlər. Lakin AFFA agentlərin imtahanının pulsuz olacağını açıqlayıb. Bunun niyə belə olduğunu Nurlan Zeynalzadədən soruşduq. Federasiyanın agentlərlə əlaqələndirici şəxsi məsələ ilə bağlı bunları söylədi:

"Əvvəlcə bunu qeyd edim ki, FİFA-dakı problem həll olundu. Artıq FİFA lisenziyası almaq istəyən azərbaycanlılar üçün hansısa problem yoxdu. İştirakçıların hamısına uğurlar arzulayırıq. İmtahanın pulsuz olmasını isə şəxsən özüm rəhbərlikdən xahiş etdim. Bu, biz tərəfdən bir jest idi. Növbəti imtahanların ödənişli olub-olmayacağı həmin müddətdə bəlli olacaq".


İLKİN SULTANLI