"Mançester Yunayted" 129 il ərzində belə biabır olmamışdı

20.04.2022 12:29 2 860
Dünya futbolu / Manşet
Dünən İngiltərə premyer-liqasının 32-ci turunda "Liverpul" "Mançester Yunayted"i 4:0 hesabı ilə məğlub edib.

Bu komandalar arasında keçirilən ilk oyunda "mersisaydlılar" darmadağına sevinmişdi - 5:0.

İki oyunun nəticəsinə görə, "qırmızı şeytanlar" rəqibinə 0:9 hesabı ilə uduzub. Mançesterlilər 129 il ərzində iki çempionat oyununun nəticələrinə görə, heç bir rəqibə bu fərqlə məğlub olmamışdı.

Sonuncu dəfə "qırmızı şeytanlar" 2 matçda "Sanderlend"ə 0:11 hesabı ilə uduzub. Həmin vaxt "Nyuton Hit" adlanan komanda mövsümün sonunda yüksək divizionda sonuncu pillənin sahibi olmuşdu. "Sanderlend" isə çempion olmuşdu.