Noyer rekordu təkrarladı

28.11.2022 11:33 470
DÇ 2026
Almaniya millisinin qapıçısı Manuel Noyer dünya çempionatlarının rekordunu təkrarlayıb.

"Football-plus.az" xəbər verir ki, 36 yaşlı qolkiper buna Qətərdə keçirilən mundialda qrup mərhələsinin 2-ci turunda İspaniya ilə matçda meydana çıxmaqla nail olub.

Bu, oyunçunun mötəbər turnirlərdə 18-ci qarşılaşmasıdı. Noyer bu göstəriciyə görə həmyerlisi Zepp Mayer və braziliyalı Klaudio Taffarelə çatıb.

O, 3-cü turda Kosta Rika ilə qarşılaşmada iştirak etsə, çempionatlar tarixində ən çox oyun keçirən qapıçı adına sahib çıxacaq.

Qeyd edək ki, İspaniya - Almaniya görüşü 1:1 hesabı ilə başa çatıb.