Ramil Şeydayevdən 2 məhsuldar ötürmə

15.09.2023 18:30 225
Ölkə futbolu
Bu gün Tayland çempionatında 4-cü tur start götürüb.

"Football-plus.az" xəbər verir ki, Azərbaycan millisinin üzvü Ramil Şeydayevin də formasını geyindiyi “Buriram Yunayted” öz meydanında “Trat”ı qəbul edib. Görüş Bakı vaxtı ilə saat 16.00-da başlayıb. Matç meydan sahiblərinin qələbəsi ilə nəticələnib - 4:0.

Şeydayev bu matç üçün start heyətdə yer alıb. O, 2 məhsuldar ötürmə ilə yadda qalıb.