Şeydayev oynadı, komandası qalib gəldi

26.08.2023 17:53 216
Dünya futbolu
Millimizin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” bu gün Tailand çempionatında 3-cü tur oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, komanda səfərdə “Sukhothai" ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Şeydayev start heyətində meydana çıxıb və 90 dəqiqə oynayıb.

“Sukhothai" - “Buriram Yunayted” - 0:1
Çayded, 62

“Buriram Yunayted” hazırda 7 xalla 2-ci pillədə qərarlaşıb.