Şeydayev fərqləndi, komandası böyük hesablı qələbə qazandı

20.08.2023 21:51 275
Ölkə futbolu / Manşet
Tailand çempionatında 2-ci turun matçları keçirilir.

"Football-plus.az" xəbər verir ki, millimizin forvardı Ramil Şeydayevin çıxış etdiyi “Buriram Yunayted” də növbəti matçına çıxıb. Komanda “Lampun Uorrior"la üz-üzə gəlib. Görüş Buriram təmsilçisinin qələbəsi ilə nəticələnib - 3:0.

Şeydayev matça start heyətində çıxıb. O, 6-cı dəqiqədə fərqlənib. Bu, onun yeni klubunda ilk qolu olub. Yığmamızın üzvü 79-cu dəqiqədə əvəzlənib.