• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

“Trabzonspor” ucaboy forvard transfer etdi

Dünya futbolu

13-09-2023, 23:0

Son günlər transferdə fəallaşan “Trabzonspor” heyətini daha bir oyunçu ilə gücləndirib.

“Football-plus.az” xəbər verir ki, ən son Batista Mendi və Nikolya Pepeni transfer edən Trabzon təmsilçisi indi də nigeriyalı forvard Pol Onuaçunu transfer edib. Yeri gəlmişkən, Pepenin keçidinin detalları bəlli olub. “Arsenal”dan ayrılan və sərbəst oyunçu statusunda olan tanınmış fransalı vingerlə birillik müqavilə imzalanıb. Onun illik qazancı 1,75 milyon avro təşkil edəcək. Bundan başqa, Pepeyə 1,6 milyon avro imza parası ödəniləcək.

Onuaçuya gəlincə, son klubu “Sauthempton” olan 29 yaşlı hücumçu birilliyə icarəyə götürülüb. İcarə haqqı kimi ingilislərə 1,5 milyon avro ödəniləcək. Bu məbləğ qarşı tərəfə iki hissəyə bölünməklə veriləcək. Müqavilədə gələn yay Onuaçunun daimi əsasda transfer edilməsi ilə bağlı maddə yoxdu. Futbolçunun Trabzonda illik qazancı 1,742 milyon avro təşkil edəcək. “Midtyullan”ın yetirməsi olan və peşəkar karyerasına bu klubda başlayan Onuaçunun ulduzu 2019-23-cü illərdə şərəfini qoruduğu Belçika təmsilçisi “Genk”də parlayıb. Təcrübəli futbolçu bu il fevralın 1-də 18 milyon avroya transfer olunduğu “Sauthempton”la 3,5 illik müqavilə imzalamışdı. Amma ötən mövsümün ilk dövrəsində “Genk”də 22 rəsmi oyuna 17 qol vuran futbolçunun İngiltərədə işləri istədiyi kimi getmədi. Onuaçu “Sauthempton”da cəmi 5 rəsmi oyuna çıxaraq qol vura bilmədi. Qaradənizlilərin yeni transferinin ən diqqətçəkən özəlliyi fiziki göstəriciləridi. Belə ki, nigeriyalının boyu 201 sm, çəkisi isə 93 kq-dı! Əsil taran tipli forvardlardan sayılan və cüssəsi ilə topu özündə çox gözəl saxlayan Onuaçi hava mübarizələrində də çox effektlidi. İndiki transfer dəyəri 13 milyon avro olan qaradərili oyunçu klub karyerası ərzində iştirak etdiyi 339 oyunda 164 qol, 34 məhsuldar ötürmə ilə fərqlənib. 2019-dan bəri şərəfini qoruduğu Nigeriya yığmasında isə 18 oyuna 3 qol vurub. Ümumiyyətlə, baş məşqçi Nenad Byelitsanın istəyi ilə “Trabzonspor”un bu yay əsasən fiziki cəhətdən güclü və ucaboy oyunçular transfer etməsi diqqəti çəkir. Belə ki, komandanın bu yay heyətinə qatdığı futbolçulardan 6-nın – Batista Mendi, Rayyan Baniya, Onuralp Çevikkan, Filip Benkoviç, Xoakin Fernandes və Pol Onuaçunun boyu 190 sm-i keçir!

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

5-09-2023, 11:0

''Qalatasaray'' ''Tottenhem''dən 2 oyunçu transfer etdi

Dünya futbolu

14-07-2023, 19:0

Bartra “Trabzonspor”a lazım olmadı

Dünya futbolu

2-09-2022, 21:0

“Trabzonspor” ötən mövsümün bombardirini transfer etdi

Dünya futbolu

7-09-2023, 23:0

“Qalatasaray” daha iki ulduz transfer etdi

Dünya futbolu

20-06-2022, 19:0

Nvakaemenin “Trabzonspor” macərası başa çatdı!

Aktual
Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
"Dinamo-Minsk"i Bakıda dəstəkləyəcək azarkeş sayı açıqlandı
“Yaxşı futbol oynamaq üçün imkan var” – Estoniya “Zirə”ni necə qarşıladı?
“Heç “Karvan-Yevlax”la oyunda da da belə etməmişəm” - Puxaç
Son xəbərlər
  • Dünən, 23:53
    "Təəssüf ki, qol vəziyyətlərindən istifadə edə bilmədik" - Rəşad Sadıqov
  • Dünən, 23:23
    "Biz lap böyük komanda deyilik ki, uduzsaq, sürpriz olsun" - Qurban Qurbanov
  • Dünən, 22:51
    "Bərabərlik bizim üçün yaxşıdı" - ÇSKA-nın baş məşqçisi
  • Dünən, 22:12
    Mahir Emreli “Rakuv”da qol hesabını açdı!
  • Dünən, 22:09
    "Zirə" uduzdu, "Qarabağ" heç-heçə etdi - YENİLƏNİB
  • Dünən, 21:45
    "Xankəndi"də məşqçi təyinatı
  • Dünən, 20:59
    Almaniyada klubunu dəyişdi
  • Dünən, 20:33
    Millimizin heyəti açqlandı
  • Dünən, 19:44
    "Payde" - "Zirə": START HEYƏTLƏRİ
  • Dünən, 19:10
    "Qarabağ" - ÇSKA: START HEYƏTLƏRİ
  • Dünən, 18:30
    ''Qalatasaray'' İkardiyə vida oyunu təklif etsə də...
  • Dünən, 17:58
    23 il futbol oynayıb, avrokubok üzü görməyib – “Turan Tovuz”un 34 yaşlı transferi kimdi?
  • Dünən, 16:56
    Florensiyanı tərk etdi
  • Dünən, 16:25
    Millimizin heyəti açıqlandı - AÇ
  • Dünən, 15:49
    Niderlandda qərar tutdu
  • Dünən, 15:08
    Qvineya millisinin üzvü "Araz-Naxçıvan"da
  • Dünən, 14:40
    "Şəfa"da niderlandlı futbolçu
  • Dünən, 14:19
    “İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
  • Dünən, 13:57
    Salahın meneceri transferi yubadır
  • Dünən, 13:27
    “Qalatasaray” hələ ki almaq yox, vidalaşmaq ilə məşğuldu
  • Dünən, 12:56
    “Trabzonspor” 26 milyon avroluq satış həyata keçirdi
  • Dünən, 12:25
    Avropada 10-cu qol
  • Dünən, 11:54
    İngiltərədə klubunu dəyişəcək
  • Dünən, 11:23
    “Belədə bundesliqa və ya la liqa klubları onu heyətində görmək istəyər” – Mahiri “Rakuv”da nə gözləyir?
  • Dünən, 10:52
    UEFA reytinqində mövqeyimiz dəyişmədi
  • Dünən, 10:31
    "Karvan-Yevlax"dan daha iki transfer
  • 22-07-2026, 23:0
    “Neftçi” bazar deyil, “Neftçi” xalqdı” - fanklub rəhbərindən sərt açıqlama
  • 22-07-2026, 23:0
    "Qarabağ"a qarşı uğurlu çıxış etmək istəyirik" - ÇSKA-nın baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Qalib olmağa gəlmişdik" - "Dinamo-Minsk"in baş məşqçisi
  • 22-07-2026, 22:0
    "Mənə elə komanda deyin ki, hər matçı qazansın" - Yuri Vernidub
  • 22-07-2026, 21:0
    Abubakar "Kəpəz"də
  • 22-07-2026, 21:0
    Fransadan Portuqaliyaya yollandı
  • 22-07-2026, 20:0
    "Çalışacağıq ki, rəqibin oyununu pozaq" - Rəşad Sadıqov
  • 22-07-2026, 19:0
    "Alınsa, iki transfer həyata keçirəcəyik" - Qurban Qurbanov
  • 22-07-2026, 19:0
    "Kəpəz"də ayrılıq
Daha çox
Oxunub: 191
“Sabah” rəsmisindən “Liv Bona Dea Arena” açıqlaması – klub ora nə vaxt köçəcək?
Oxunub: 164
Varqas “Neftçi”yə nə vaxt qoşulacaq?
Oxunub: 139
“Zirə” Kutaisini qaynar qazana çevirdi – “Torpedo”nun kapitanı döyüldü, söyüldü!
Oxunub: 139
“İmişli”nin taleyi bəlli oldu – Arazın bu tayından Kürün o tayına
Oxunub: 136
Gəncə stadionu və onminlərlə azarkeş Azər Məmmədovu çəkindirmir!
Oxunub: 131
Maluda Duranla komanda yoldaşı olacaq? – “Sabah”dan iddialara reaksiya
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə