“Trabzonspor” ötən mövsümün bombardirini transfer etdi

2.09.2022 21:40 360
Dünya futbolu
Mövsümə yaxşı başlamasına baxmayaraq, son oyunlarda ümidləri doğrultmayan, Çempionlar Liqasının pley-offunda ''Kopenhagen''ə boyun əyən və superliqanın son 2 turunda cəmi 1 xal qazanan ''Trabzonspor'' diqqətini transferlərə yönəldib.

Komanda heyətini 2 oyunçu ilə gücləndirib. Söhbət Naci Ünüvarla ötən mövsüm superliqanın bombardiri olmuş Umut Bozokdan gedir. ''Ayaks''ın yetirməsi olan 19 yaşlı Naci amsterdamlılardan birilliyə icarəyə götürülüb. Bunun üçün qarşı tərəfə 150 min avro ödəniləcək. Gənc oyunçunun illik məvacibi 7,28 milyon lirə (təxminən 400 min avro) olacaq. Umut Bozok isə tibbi müayinədən keçmək üçün dünən Trabzona gəlib. 26 yaşlı forvard ötən mövsüm icarə əsasında şərəfini qoruduğu ''Kasımpaşa''nın heyətində vurduğu 20 qolla bombardir olmuşdu. O, müqavilə ilə ''Loryan''a məxsusdu. Türkiyə mətbuatının yazdığına inansaq, Trabzon təmsilçisi fransızlara 2,5 milyon avro və sonrakı satışdan 10 faiz pay ödəyəcək. Umutla üçillik müqavilə imzalanacaq. Onun illik qazancı bonuslarla birlikdə 1,5 milyon avro təşkil edəcək.

Bundan başqa, qaradənizlilər ''Bazel''in gənc qürbətçi futbolçusu Əmirhan Eraslanla da anlaşma əldə ediblər. 2018-dən ''Bazel''də olan və aşağı yaş qruplarından ibarət komandalarda forma geyən müdafiəçi ilə üçillik razılıq əldə olunub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul