"Vilyarreal"ın yeni çalışdırıcısı müəyyənləşdi

25.10.2022 23:50 322
Dünya futbolu
"Vilyarreal" klubunun yeni baş məşqçisi bəlli olub.

Football-plus.az xəbər verir ki, bu posta Kike Setyen təyin edilib. Bunu klubun rəsmi saytı açıqlayıb. O, Unay Emerini əvəzləyib.

Setyenlə 2024-cü ilin yayınadək müqavilə imzalanıb. Mütəxəssis daha öncə "Las Palmas", "Betis", "Barselona" kimi komandaları çalışdırıb.