Futzal çempionatlarında “transfer pəncərəsi”nin vaxtı uzadılıb

11.09.2023 15:57
İdman
Futzal üzrə Yüksək və Birinci Liqalarda yay “transfer pəncərəsi”nin vaxtı uzadılıb.

"Football-plus.az" xəbər verir ki, iştirakçı komandalar transfer etdikləri oyunçuları əvvəlcədən nəzərdə tutulduğu kimi sentyabrın 19-na qədər deyil, 30-u saat 23.59-dək qeydiyyatdan keçirə bilərlər.

Yüksək Liqanın startı sentyabrın 26-na, Birinci Liqanın başlama tarixi isə oktyabrın 1-nə nəzərdə tutulub.