Futzal üzrə Yüksək Liqada iştirak edəcək komandaların adları müəyyənləşib.
Football-plus.az Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 2022/23 mövsümündə 6 komanda mübarizə aparacaq.
Bunlar “Araz-Naxçıvan”, “Neftçi” İK, “Baku Fire”, “Record club.az”, “Alyans” (Lənkəran) və U-19-du. Yarışa sentyabrın 26-da start veriləcək. Çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.
Bundan əlavə, avqustun 10-da yay transfer pəncərəsi açılacaq. Yüksək, Birinci və İkinci liqalarda iştirak edən komandalar oktyabrın 1-i, saat 18.00-dək transfer çalışmalarını davam etdirə və yeni oyunçuları qeydiyyatdan keçirə bilərlər.