Mediada və sosial şəbəkələrdə daha bir futbolçunun adı “Qarabağ”la yanaşı hallanır. Söhbət Klayton Fernandes Silvadan gedir.
Braziliyalı hücumçu Portuqaliya 2-ci liqasında çıxış edən “Kaza Piya”da çıxış edir. 24 yaşlı forvard bu mövsüm komandasının heyətində 6 qarşılaşmada 5 qol vurub.
Cari “futbol ili”ndə yaxşı performans sərgiləyən futbolçu ilə bağlı "Football-plus.az"a informasiya daxil olub. Klaytonun adı heç vaxt “Qarabağ”ın transfer siyahısında olmayıb. Portuqaliya mətbuatında yazılan məlumatlar, sadəcə, oyunçunun reklamına xidmət edir.
İLKİN SULTANLI