“Qarabağ” “Çelsi”nin sabiq üzvünü transfer edir?

29.08.2023 17:11 399
Ölkə futbolu / Manşet
Avrokuboklarda qrup mərhələsində mübarizəni təmin edən “Qarabağ” heyətini formalaşdırmağı da yekunlaşdırmaq üzrədi.

“Football-plus.az” xəbər verir ki, mediada “köhlən atlar”la bağlı hər gün yeni informasiya dolaşır. Portuqaliya mətbuatının xəbərinə görə, Ağdam təmsilçisi 29 yaşlı braziliyalı Lukas Piazonla maraqlanıb.

Mənbə qeyd edir ki, yarımmüdafiəçinin hazırda şərəfini qoruduğu “Braqa” son Azərbaycan çempionunun təklifini rədd edib.

Redaksiyamıza bu məsələ ilə bağlı informasiya daxil olub. Sən demə, “köhlən atlar”, ümumiyyətlə, Piazonla maraqlanmayıb. Bu şəxsin adı “Qarabağ”ın transfer siyahısında olmayıb.

Qeyd edək ki, futbolçu karyerası ərzində “San-Paulo”, “Çelsi”, “Malaqa”, “Vitess”, “Ayntraxt” (Frankurt), “Ridinq”, “Fulhem”, “Kievo”, “Riu Ave”, “Botofoqo” kimi klublarda çıxış edib.

İLKİN SULTANLI