Braziliyalı hücumçu karyerasına hansı Azərbaycan klubunda davam edəcək?

27.06.2022 21:06 844
Ölkə futbolu
Xəbər verdiyimiz kimi, Vaqner karyerasını Azərbaycanda davam etdirə bilər.

Redaksiyamıza futbolçu ilə hansı klubun maraqlandığı haqda informasiya daxil olub.

Söhbət yeni mövsüm üçün iddialı heyyət formalaşdıran "Sabah"dan gedir. "Bayquşlar" futbolçunun meneceri ilə danışıqlar aparır. Komanda 38 yaşlı hücumçu ilə 1 illik müqavilə bağlamaq istəyir. Bu istiqamətdə danışıqlar davam edir.

İLKİN SULTANLI