"Kəpəz"in heyətinə yeni legioner - Ezekyel Morqanı transfer etməsi və onu "İmişli"yə icarə verməsi haqda yazmışdıq.
Bəs 1-ci liqa təmsilçisi legioner oyunçu haqda nə düşünür? Komandaya yenə əcnəbi futbolçu cəlb olunması gözlənilirmi? Bu suallara cavab tapmaq üçün klubun Müşahidə Şurasının sədri Aqşin Mürsəlovla əlaqə saxladıq. Onun "Football-plus.az"a söylədikləri:
"Bildiyiniz kimi, bu mövsüm çempionluğa iddialıyıq. Ona görə də heyətimizi gücləndirməklə məşğuluq. Ezekyel Morqanı böyük ümidlərlə heyətimizə qatmışıq. Mövsümün sonuna kimi bizdə icarədə olacaq. Bundan qabaq Liberiya millisinin üzvü Toni Tisseli də sıralarımıza qatmışıq. Həmçinin Norveçdən də bir futbolçu baxışa çağırmışdıq. Amma onun fiziki hazırlığı bizi razı salmadı. Legioner gətirəcəyiksə, o, bizim futbolçuıardan üç-dörd dəfə üstün olmalıdı. Amma başlıca məqsəd yerli futbolçulara üstünlük verməkdi".
ABDULLA İSMAYILOĞLU