Nikolya Pepe artıq “Arsenal”ın oyunçusu deyil.
“Football-plus.az” xəbər verir ki, İngiltərə klubu onunla yolları ayırıb. 28 yaşlı hücumçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Londonlular afrikalı futbolçunu 2019-cu ildə “Lill”dən 80 milyon avroya almışdılar. Nikolya “Arsenal”ın formasında bütün turnirlərdə 111 oyun keçirib.
O, ötən mövsüm icarə əsasında çıxış etdiyi “Nitsa”nın heyətində 28 oyunda meydana çıxıb və 8 qol vurub.