“Real” onunla da yolları ayırdı

5.06.2023 17:28 211
Dünya futbolu
“Real” daha bir futbolçusu ilə vidalaşıb.

"Football-plus.az" xəbər verir ki, Eden Azarla müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib.

Belçikalı futbolçunun madridlilərlə müqaviləsinin müddəti 2024-cü ilin yayına qədər idi. “The Athletic”in məlumatına görə, 32 yaşlı Eden klubun müqaviləni ləğv etmək təşəbbüsünü dəstəkləyib. Qəzet hətta onun karyerasını başa vurmağı düşündüyünü də iddia edir.

Azard “Real”a 2019-cu ilin yayında 115 milyon avroya “Çelsi”dən keçib. O, komanda ilə 2 İspaniya çempionluğu və Çempionlar Liqası da daxil olmaqla 7 kubok qazanıb.

Ümumilikdə belçikalı “Real”da 76 oyun keçirib, 7 qol vurub və 12 qolun ötürməsini verib. Eden bu mövsüm bütün turnirlərdə 10 oyuna çıxıb, 392 dəqiqə meydanda olub, 1 qol vurub, 2 məhsuldar ötürmə verib.

Qeyd edək ki, “Real” daha əvvəl Marko Asensio və Mariano Diasla yolları ayırdığını açıqlayıb.