Remzi doğma klubuna qayıtdı

18.07.2023 17:26 259
Dünya futbolu
Aaron Remzi artıq “Nitsa”nın oyunçusu deyil.

"Football-plus.az" xəbər verir ki, “Fransa klubu yarımmüdafiəçi ilə yolları ayırıb.

32 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Remzi “Nitsa”ya 2022-ci ilin yayında transfer olunmuşdu. Uelsli futbolçu ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

Artıq Aaronun yeni iş yeri məlumdu. O, doğma klubuna qayıdıb. Remzi yetirməsi olduğu “Kardiff Siti” ilə 2 illik müqavilə bağlayıb. Bu klubda ilk dəfə 2006-08-ci illərdə çıxış edən xavbek sonra “Arsenal”, “Nottingem Forest”, “Yuventus” və “Reyncers”in də formasını daşıyıb.