Remzi işini itirdi

16.07.2023 21:51 213
Dünya futbolu
Aaron Remzi artıq “Nitsa”nın oyunçusu deyil.


“Football-plus.az" xəbər verir ki, Fransa klubu yarımmüdafiəçi ilə yolları ayırıb. 32 yaşlı oyunçu ilə müqavilə qarşılıqlı razılaşma əsasında ləğv edilib. Remzi “Nitsa”ya 2022-ci ilin yayında transfer olunmuşdu. Uelsli futbolçu ötən mövsüm komandanın heyətində bütün turnirlərdə 34 oyuna çıxıb, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.