“Dallas”ın oyun qurucusu Luka Donçiç MBA tarixinə 80 milyon dollar alacaq ilk basketbolçu kimi düşə bilər.
"Football-plus.az" xəbər verir ki, ESPN-in yaydığı məlumata görə, 24 yaşlı sloveniyalı 2025-ci ildə “Maveriks”lə yeni müqavilə bağlayarsa, maaşında ikiqar artım olacaq.
Sloveniyalı ulduz 2023/24 mövsümü ərzində 40 milyon dollardan artıq qazanacaq, ona görə ki, 215 milyon dollarlıq beşillik müqaviləsi var.