Football-plus.az xəbər verir ki, sloveniyalı ulduz artıq 7500 xal, 2000 ribaund və 2000 məhsuldar ötürmə həddinə çatıb. Bunun üçün ona MBA-da cəmi 280 oyun keçirmək kifayət edib. MBA tarixində belə göstəricilərə Donçiçdən daha tez çatan yeganə basketbolçu Oskar Robertsondu (254 oyun). Siyahıda 3-cü pillədə qərarlaşan “Leykers”in superulduzu Lebron Ceyms isə bunu 311 oyunda bacarıb.
MBA-da 5-ci mövsümünü keçirən Donçiç oyunu haqda belə deyib:
“Adamlar etiraf etmək istəməsələr də, düşünürəm ki, bu il həqiqətən irəliyə doğru böyük addım atmışam. Adamların inanması lazım deyil, onsuz da mən özümə inanıram. Düşünürəm ki, ilk 4 illə müqayisədə indi müdafiədə daha yaxşı oynayıram”.
Donçiç cari mövsümdə hər oyunda orta hesabla 34 xal toplayır, 9 ribaund edir və 8,1 məhsuldar ötürmə verir.


