"Dallas”ın srağagün “Detroyt” üzərində qələbəsinə sloveniyalı oyun qurucusu Luka Donçiç 51 xalla töhfə verdi.
Football-plus.az xəbər verir ki, o, cari mövsümdə 4-cü dəfə bir oyunda 50 və daha artıq xal topladı. Özü də bu 4 oyunun hamısı yanvara təsadüf edib.
Ümumiyyətlə, sloveniyalı karyerası ərzində 5-ci dəfə bir oyunda 50 və daha artıq xal toplamağı bacardı. Donçiç MBA tarixinə bu liqada keçirdiyi ilk 5 mövsümdə bunu bacaran 3-cü basketbolçu kimi düşdü. MBA-da ilk 5 mövsümdə belə oyunların sayına görə rekord Maykl Cordana məxsusdu (17).
Donçiç isə Lebron Ceymslə birgə 2-ci yeri bölüşür.