Bu gün "Qarabağ" Avropa Liqasının qrup mərhələsi üçün iştirak ərizəsini UEFA-ya göndərib.
Siyahıda fransalı Adama Diakabinin yox idi. Görəsən, bunun səbəbi nədi? Vinger Ağdam təmsilçisindən ayrılır? Sualımızı klubun baş meneceri Asif Əsgərova ünvanladıq. "Köhlən atlar"ın rəsmisi "football-plus.az"a açıqlamasında bunları söylədi:
"A siyahısında 24 nəfərlik yer var idi. Məşqçilər korpusu bu məsələ ilə bağlı çox düşündü. Yekunda qərar verildi ki, siyahıya Adama Diakabinin adı salınmasın. Nəriman Axundzadənin adı isə B cədvəlinə əlavə olundu. Gənc futbolçular burda qeyd olunur. Adama Diakabi hələ də bizim oyunçudu. Onun klubumuzla mövsümün sonuna kimi müqaviləsi var".
İLKİN SULTANLI